“Xətai rayonu, General Mehmandarov bina 76-da icra hakimiyyəti tərəfindən salınan abad həyət bərbad vəziyyətdədir”.
Bu barədə Bakuplus.az-a həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, təxminən 4 ay əvvəl həyəti abadlaşdırmaq adı ilə işə başlayan şəxslər asfalt çəkməklə işlərini bitmiş hesab ediblər, qalan işləri isə yarımçıq qoyaraq gedib, bir daha geri qayıtmayıblar.
Sakinlər ümid edir ki, onların narazılığı nəzərə alınacaq, Xətai rayon icra hakimi yarımçıq qoyulmuş işlərin tamamlanması məqsədilə müvafiq göstərişlər verəcək.