“Gərək dinləyici də tələbkar ola. İfaçıya muğamı gərək dinləyici oxuda. O vaxtlar bisavad kişilər Füzulini, Nəsimini əzbər bilirdilər. Onların yanında ağız açıb oxumaq hər adamın işi deyildi. İndi o yoxdur. İndi ifaçı dinləyiciyə nə verirsə, onu qəbul edir”.
Bu sözləri apa.az-a müsahibəsində əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov deyib.
O bildirib ki, dinləyici savadsızlaşıb: “Dinləyici savadsız olub. Baxırsan, ali savadı var, akademikdir, toyda müğənniyə deyir, bir dənə “Bakılı balasıyam”ı oxu mənim üçün. Vəssalam. Bu onun səviyyəsidir. Ya da deyir “Ata muğamatı” oxu. Atanın muğamatı var? Bu dərəcədə savadsızlaşıblar. Zövqlər adiləşib, dinləyicidə də günah var. O vaxtlar dincəliyicilər tələbkar idi. Ona görə ifaçılar da hara getdiklərini bilirdilər. İndi ifaçı haradan nə gəldi oxuyub gedir”.