Baş Prokuror Xəzər və Pirallahı rayonlarında sakinlərlə görüşəcək. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşları qəbul edəcək.
Qəbulla bağlı vətəndaşlar Xəzər və Pirallahı rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, (012) 361-14-07 və (012) 361-02-44 nömrələri ilə əlaqə saxlaya bilər və ya [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə müraciət edə bilərlər.
Tədbir 30 yanvar saat 10:00-da Xəzər rayon prokurorluğunun inzibati binasında baş tutacaq.