Nərimanov rayonunda yeni parkın salınmasına başlanılıb. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Vaqif prospektinin, həmçinin Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin müəyyən hissələrini əhatə edəcək park ilə bağlı Vaqif prospektinin bir hissəsi hasarlanır. Buna səbəb Yeni parkla “Dədə Qorqud” parkı arasında əlaqə yaratmaqdır.
Yeni salınacaq parkın ərazisinin 30 hektar olacağı bildirilir.