Bakıda "VMF Continental" mağazasından 85 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin Xalq Respublikasının vətəndaşları Zhang Guomin və Liu Bonun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bakuplus.az xəbər verir ki, dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri onların özlərini təqsirli bildiyini və ailələrinin ölkə xaricində olduğunu söyləyərək onlara yüngül cəza verilməsini xahiş edib.
Zhang Guomin və Liu Bo son sözünlərində çox peşman olduqlarını, bağışlanılmalarını və ölkələrinə göndərilmələrini xahiş ediblər.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Zhang Guomin və Liu Bo 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Onlar cəzaları bitdiyi an ölkədən kənarlaşdırılacaqlar.
Məlumat üçün bildirək ki, VMF şirkəti tanınmış jurnalist, ANS-in rəhbəri Vahid Mustafayevə məxsusdur. Şirkətin adının abreviaturası da məhz onun adı, soyadı və ata adından götürülüb.