Bu gün Yel çərşənbəsidir.
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir.
Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.
Bu gün, adətən, tonqallar qalanır, südlü plov və ya bulğur bişirilir. Süfrələri, əsasən, quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlərlə bəzəyirlər.
Qadınlar axır çərşənbə üçün hazırlıqlar görür, ev əşyalarını təmizləyir, xalça-palaz çırpır, yorğan-döşəyi havaya verirlər.
Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 18-də qeyd ediləcək.