Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında dayanacaq məntəqələri quraşdırılıb, işıq dirəkləri yenilənib, yeni yol salınıb, yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub. “Gənclik Mall” ticarət mərkəzinin yeraltı parkinqinin girişində işıqfor quraşdırılıb.
Bu addımla Fətəli Xan Xoyski küçəsində sıxlıq və tıxac halları azalacaq. İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus fəaliyyət göstərəcək.
11:37 - Tofiq Bəhramov adına stadionun qarşısında avtobus dayanacaqları yaradılır - FOTO
“Gənclik Mall”un yaxınlığında yeni avtobus dayanacağı yaradılır. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az xəbər verir.
Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında xüsusi avtobus zolaqları yaradılıb, avtobus dayanacağı quraşdırılıb.
Daha öncə bu ərazidə avtomobil üçün parkinq sahəsi fəaliyyət göstərirdi.
[caption id="attachment_133002" align="alignnone" width="640"] Foto Bakuplus.az[/caption]