Türk şirkətinə Pirallahı Sənaye Parkından yeni ərazilər veriləcək. Bu haqda bu gün, 20 dekabr tarixində Report məlumat yayıb.
Türkiyənin "Demirören Holdinq"nin əczaçılıq məhsullarının satışı və istehsalı üçün 50 hektar ərazi veriləcək.
"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin də iştirak edəcəyi layihənin dəyəri 40 milyon ABŞ dolları təşkil edir.