Bakının Narimanov rayonunda tələbəni qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun məhkəməsi başlayır. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun icraatına verilib.
Hadisə cari ilin iyun ayında baş verib. 20 yaşlı Hikmət Kərimov aralarında yaranan mübahisə zamanı 18 yaşlı Fateh Məmmədov tərəfindən bıçaqlanıb. Nəticədə gənc oğlan dünyasını dəyişib.
20 yaşlı Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsi idi.