top
“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə məhkəməyə çağırıldı
19 iyun 2025, 17:39
- +

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə məhkəməyə çağırıldı

“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin (“Şlyapa Zahid”) barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Qafqazinfo.аz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Niftəliyevin vəkili bu işdə adı keçən Azərbaycan Ordusunun sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun əlavə şahid kimi dindirilməsini istəyib.

Müdafiəçinin sözlərinə görə, Nəcməddin Sadıkov bu işdə əsas şəxsdir, amma ittiham tərəfinin şahidləri sırasında yer almayıb. Onun dedikləri iş üçün xüsusi əhəmiyyətlidir.

Novruz Kərimovun sədrlik etdiyi məhkəmə tərkibi general Sadıkovun dindirilməsinə ehtiyac görməyib. Bu səbəbdən vəsatət təmin edilməyib.

Bundan sonra son şahid mərhum vergilər naziri Fazil Məmmədovun müşaviri işləmiş Mahir Rəfiyevin istintaq vaxtı verdiyi ifadəsi elan edilib.

“AtaBank”ın səhmdarlarından biri istintaqa ifadəsində deyib ki, Fazil Məmmədovun göstərişi əsasında bankdan Nəcməddin Sadıkovun göndərdiyi şəxsə kredit ayrılmasını təmin edib.

İfadəyə münasibət bildirən Zahid Niftəliyev deyib ki, iki dəfə şirkətin ləğv olunması ilə bağlı sənədləri imzalayıb: “İndi anlayıram ki, onlar mənimlə oyun oynayıblar. Fazil Məmmədov vəzifədən çıxarılana qədər adıma kredit rəsmiləşdirildiyindən xəbərsiz olmuşam.”

Növbəti proses iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər