“Nərimanov rayonu Atatürk prospektində yerləşən mağazada satıcı işləyən şəxsin gödəkcəsindən 200 dollar və bank kartları oğurlanması barədə polisə məlumat daxil olub”.
Bu barədə Bakuplus.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.