Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bakuplus.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Məlumata görə, Nərimanov və Suraxanı rayonlarında qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Abşeron rayonunda “Masazır” yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttinin quraşdırılması məqsədilə 11.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması nəzərdə tutulur.
Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Nərimanov rayonu üzrə İ.Hidayətzadə, A.Heydərov, Mayovski, M.Nağıyev, Y.Nəsirov küçələrinin, Suraxanı rayonu üzrə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsinin, Abşeron rayonu üzrə Masazır qəsəbəsinin, yeni yaşayış sahəsinin, Xırdalan şəhəri, AAF Park Yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.