Xəzər rayonu, Türkan qəsəbəsində qəsəbə şəhidlərinə həsr edilən bulaq-abidə kompleksində su kranları bloklanıb.
Bu barədə bizim.media-ya Türkan qəsəbəsi, Üzümçülük sovxozunun sakinləri müraciət ediblər.
Onların sözlərinə görə, bulaq-abidə kompleksi keçmiş bələdiyyə sədri Böyükağa Yarıyev tərəfindən vətəndaşların təşəbbüsü ilə inşa edilib. Qəsəbənin 4 şəhidinin barelyefi qurulmuş bulaqdakı su kranları kəsilib, kompleks məftillə bağlanıb.
Qəsəbə sakinləri yaşadıqları ərazinin yarısındakı mənzillərə su çəkilmədiyi üçün həmin bulaqdan su apardıqlarını, ondan istifadə etdiklərini bildiriblər. Hazırda su kranları kəsildiyi və bloklandığı üçün onlar şəhid bulağından istifadə edə bilmirlər.