Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılacaq.
Mədəniyyət Nazirliyindən apa.az-a verilən məlumata görə, sərgidə ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə, bununla yanaşı, XVI əsrdə “Şahnamə” əsərinə çəkilmiş miniatür nümayiş olunacaq.
Sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer alacaq.
Qeyd edək ki, 24 dekabr 19:00-da açılan sərgi 10 may 2025-ci il tarixinədək davam edəcək.