Bakıda xəstəxanada faciə baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu Tibb Mərkəzində qeydə alınıb.
Orada müalicə alan Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Sübhan Əliheydər oğlu Heydərov xəstəxananın 3-cü mərtəbəsinin pəncərəsindən yıxılıb.
S.Heydərovun vəziyyəti orta-ağırdır.
Hadisənin motivi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.