Bakının Nərimanov rayonunda küçələrin birində hərəkət məhdudlaşdırılacaq. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai prospektinə qədər) aparılan işlərlə əlaqədar iyulun 19-da saat 00:00-dan iyulun 22-si saat 06:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.