top
Rusiya MN tərəfindən təyyarəmizi məhv etmək əmri - Sensasiya
01 iyul 2025, 17:13
- +

Rusiya MN tərəfindən təyyarəmizi məhv etmək əmri - Sensasiya

AZAL təyyarəsinin vurulması ilə bağlı anonim məktub göndərilib.

Minval.az-ın redaksiyasına 2024-cü il dekabrın 25-də Qroznı yaxınlığında vurulan AZAL-a məxsus Embraer E190 təyyarəsi ilə bağlı sensasiyalı materiallar daxil olub. Mənbənin anonim olaraq göndərdiyi məktubda Rusiya Müdafiə Nazirliyinin göstərişi ilə təyyarəyə atəş açıldığı iddia edilir. Məktuba Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının kapitanının izahatı, video və audioyazılar, həmçinin texniki nasazlıqlarla bağlı detallı məlumatlar da əlavə olunub.

İzahatda kapitan Dmitri Sergeyeviç Paladiçuk özünü HHM-nin 274 nömrəli döyüş maşınının komandiri və döyüş hesablamasının rəhbəri kimi təqdim edir. O bildirir ki, dekabrın 24-dən 25-nə keçən gecə Qroznının müdafiəsi üzrə döyüş növbətçiliyində olub. 25 dekabr saat 05:40-da birinci hazırlıq vəziyyətinə keçmək əmri aldığını və 05:48-də mobil telefon vasitəsilə bu barədə məlumat verdiyini qeyd edir. Onun sözlərinə görə, ərazidə sabit rabitə vasitəsi olmayıb, optik-kabel xətləri çəkilsə də, terminala qoşulmayıb və rəqəmsal telefon da olmayıb.

Saat 08:11-də radar vasitəsilə mümkün hədəf müəyyən olunub və izləməyə götürülüb. Saat 08:13-də hədəfin koordinatları yenilənərək üst rəhbərliyə çatdırılıb. Bundan sonra mobil telefon vasitəsilə təyyarənin vurulması əmrinin verildiyi bildirilir. Güclü duman səbəbindən vizual təsdiq mümkün olmayıb. Saat 08:13:30-da birinci raket buraxılıb, 17 saniyə sonra hədəfin vurulmadığı bildirilib və dərhal ikinci raketlə təkrar atış əmri verilib.

Məktubda qeyd olunur ki, raket parçaları nəticəsində təyyarə zədələnib.

Minval.az məktubun həqiqiliyini təsdiqləyə bilmədiyini, lakin sənədin mühüm əhəmiyyətə malik olduğunu və yarım ildir davam edən istintaqla bağlı Azərbaycan hüquq-mühafizə orqanları üçün potensial faydalı ola biləcəyini vurğulayır.

Bundan əlavə, məktubun məzmununu təsdiqləyən üç səsli mesajın da redaksiyaya təqdim edildiyi bildirilir. Bu mesajlarda əmrin verildiyi, iki dəfə atəş açıldığı və raket qəlpələrinin təyyarəyə ziyan vurduğu səsləndirilir.

Redaksiya bu məlumatların ciddi araşdırmaya ehtiyacı olduğunu və müvafiq orqanların bu fürsəti əldən verməyəcəyini qeyd edir.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər