top
Qızılı alovlar və firuzəyi dalğalar – Bakı gerbinin simvolik dili
22 aprel 2025, 15:26
- +

Qızılı alovlar və firuzəyi dalğalar – Bakı gerbinin simvolik dili

Bakı – nəinki Xəzərin sahilində yerləşən qədim bir şəhər, həm də tarix boyu alov, neft və dənizin birləşdiyi unikal bir məkandır. Bu simvollar təkcə şəhərin gerçək həyatını deyil, həm də onun rəsmi simvolu olan gerbində öz əksini tapıb.

Bakı gerbinin tarixçəsi bir əsrdən artıq dövrü əhatə edir. Gəlin bu gerbin necə formalaşdığına və zamanla hansı dəyişikliklərə uğradığına birlikdə nəzər salaq.

1843-cü il – Xəzər vilayətinin gerbi

1843-cü ildə Rusiya imperiyası tərəfindən təsdiqlənmiş Bakı qəzasının gerbi öz dövrü üçün olduqca maraqlı simvollara sahib idi.

Gerbin təsviri: Qızılı sahəsi olan qalxan dörd hissəyə bölünmüşdü.

Yuxarıdakı iki hissənin sağ tərəfində pələng, sol tərəfində isə yerin altından püskürən qaz təsvir olunub. Aşağıdakı iki hissənin sağ tərəfində Xəzər dənizini ifadə edən mavi zolaq, sol tərəfində isə zirvələri qarlı dağ silsiləsi yerləşir. Qalxanın yuxarısını İmperatorun taclı qartalı qanadları ilə örtür.

1843-cü il – Xəzər vilayətinin Bakı qəzasının gerbi

Gerbin təsviri: Qalxanın yuxarı yarısında, qızılı sahədə, Xəzər vilayətinin gerbinin bir hissəsi yerləşir: sağ tərəfdə dayanmış pələng, sol tərəfdə isə yerin altından püskürən qaz təsvir olunub. Aşağı hissə isə mavi sahəyə malikdir və iki yerə bölünüb: sağ tərəfdə yük daşıyan bir dəvə və onun hər iki tərəfində çiçəkləyən zəfəran saplaqları təsvir olunub. Bu, yerli əhalinin yük daşıma ilə məşğul olduğunu və zəfəran becərilməsində uğur qazandıqlarını göstərir. Sol tərəfdə isə yerə atılmış lövbər təsvir olunub. Bu, Bakının liman şəhəri olduğunu simvolizə edir.

1878-ci il – Bakı quberniyasının gerbi

1878-ci ildə artıq Bakı quberniyasının rəsmi gerbi təsdiqləndi. Qara qalxan üzərində üç qızılı alov – biri yuxarıda, ikisi aşağıda. Bu alovlar Bakı və ümumilikdə bölgənin “Odlar Yurdu” kimi tanınmasına əsas verən simvollardır.

1883-cü il – Bakı quberniyasının gerbi

1883-cü ildə isə Bakı şəhərinin öz gerbi ayrıca təsdiq edildi. Burada əvvəlki alovlar qorundu, lakin qalxan artıq üç dişli şəhər tacı, sünbüllər və Aleksandr lenti ilə bəzədilmişdi – bu, şəhərin strateji və mədəni əhəmiyyətini vurğulayırdı.

1967-ci il, Sovet dövrü – Bakı şəhərinin gerbi

1967-ci ildə Bakı Şəhər Soveti yeni, müasir formatda bir gerbi qəbul etdi. Yenilənmiş gerbdə ənənəvi alovlar qorunub saxlandı, amma daha qrafik və estetik formada təsvir edildi. Qalxanın əsas sahəsində, qara fonda, üç qızılı rəngli alov təsvir olunmuşdu. Onlardan biri yuxarıda, ikisi aşağıda idi. Qalxan qızılı çərçivə ilə haşiyələnmişdi.

Qalxanın altındakı firuzəyi rəng və qızılı dalğalar şəhərin Xəzər dənizi sahilində yerləşməsini simvolizə edir.

Müasir Bakının müasir gerbi

Bakının müasir gerbi özündə sanki sülh, alov və dəniz harmoniyasını birləşdirir. O, həm tarixə sadiq qalır, həm də tam müasir dizayndadır. Gerb şəffaf açıq mavi fon üzərində yerləşmiş üç qızılı alov dilindən ibarətdir – sülhün və göy üzünün rəngi ilə od və enerjinin simvolu bir arada. Aşağı hissədə isə qara neft sahəsi və üç sıra üzrə beş firuzəyi dalğa – şəhərin təbii sərvətlərini və Xəzər sahilindəki coğrafi mövqeyini ifadə edir. Medal və fəxri fərmanlarda isə gerb zeytun budaqları ilə əhatə olunaraq sülh və şərəf simvolizmini tamamlayır.

Bakının gerbi təkcə şəhərin simvolu, sadəcə bir rəmz deyil, o, şəhərin mədəni yaddaşı, tarixi kimliyi və coğrafi mövqeyinin bədii təcəssümüdür. Od, dəniz, neft və səma – bunların hər biri Bakını Bakı edən amillərdir. Gerb isə bütün bu elementləri bir araya gətirərək, tək bir simvolda şəhərin ruhunu yaşadır.

Xanım Aydın (baki-baku.az)

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər