Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb.
Bakuplus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində 2 mağazanın qarşısından oğurluq edilib. Nəticədə zərərçəkənlərə ümumilikdə 2500 manata yaxın maddi ziyan dəyib.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Novruzov və 43 yaşlı A.Mustafayev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.