Bakı şəhəri, Pirallahı rayonundakı yolların təmir-bərpa işləri ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu barədə 7 iyun tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verib.
Sərəncama əsasən, Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulması üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1 milyon manat ayrılıb.