Pirallahı Sənaye Parkına yeni rezident qeydiyyata alınıb. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Falck” MMC rezident statusu alıb. Şirkət parkda qan depolama və test qabları istehsal edəcək. Müəssisədə 40 nəfər işlə təmin ediləcək. Müəssisənin investisiya dəyəri 4.000.000 manatdır.
Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.