Paytaxtın Pirallahı rayonunda İcra başçısı və sakinlər arasında görüş keçirilib. Bu haqda bu gün, 17 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə, həmçinin millət vəkili Rauf Əliyev, RİH-nin məsul əməkdaşları, idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Görüşdə işsizlik, mənzil şəraitinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub, sakinlərin şikayət və təklifləri dinlənilib. Onları narahat edən məsələlərlə bağı yerindəcə müvafiq tapşırıqlar verilib.
Bu kimi tədbirlərin bundan sonra da təşkil olunması planlaşdırılır.
[caption id="attachment_70266" align="alignnone" width="640"] Foto Pirallahı Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]