Pirallahı rayonunda ailələrə ərzaq yardımı göstərilib. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Qurban bayramı ilə əlaqədar 6 şəhid ailəsi, 6 qazi, 20 müharibə iştirakçısı, o cümlədən aztəminatlı, əlil, ahıl və kimsəsiz ailələrə yardım olunub. Belə ki, ümumilikdə 200-dən çox ailəyə 440 kiloqram qurban əti, 100 ədəd ərzaq sovqatı paylanmışdır.
Bu kimi sosial aksiyalar bundan sonra da davam edəcək.