Qurban bayramı münasibətilə Pirallahı rayonunda 16-17 iyun tarixlərində bayram sovqatları paylanıb. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.
Bu məqsədlə rayona Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və RİH tərəfindən çadır tipli kəsim məntəqəsi quraşdırılıb. Ümumilikdə 400 kq-dan çox ət şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ahıllar və aztəminatlı ailələr olmaqla 369 nəfərə paylanılıb.
Həmçinin Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən 10 şəhid ailəsinə ərzaq sovqatı təqdim olunub.