Bakının Pirallahı rayonunda soyuq silahların satışının qarşısı alınıb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Daxili İşləri Nazirliyinə (DİN) istinadən xəbər verir.
Keçirilən tədbirlər nəticəsində eyniadlı qəsəbədə yerləşən balıqçı mağazasında ümumilikdə 129 bıçaq və 14 balta aşkarlanaraq götürülüb.
Soyuq silahlarla bağlı müvafiq ekspertiza təyin olunub. Mağazanın sahibi T. Əsgərzadə barəsində araşdırmalar davam etdirilir.