Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintinin qarşısını alıb. Bu haqda BakuPlus.az qurumun mətbuat xidmətinə istinadən bu gün,10 dekabr tarixində xəbər verir.
Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Pirallahı rayonunun “Qışlaq” deyilən ərazisində tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində, habelə müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işləri aparılıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.
[URIS id=82611]