Bakının Pirallahı rayonunda Elmar Nəbiyev küçəsi təmir olunub. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Uzunluğu 1300, orta eni isə 5 metr olan küçədə zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb və yenisi ilə əvəzlənib. Daha sonra əraziyə yeni asfalt örtüyü çəkilib.
Həmçinin yolda üfüqi nişanlanma xətləri çəkilib və zəruri yol nişanları quraşdırılıb.