top
Özünü firma rəhbəri kimi təqdim etdi, 23 nəfəri aldatdı
17 iyun 2025, 13:44
- +

Özünü firma rəhbəri kimi təqdim etdi, 23 nəfəri aldatdı

Bakıda özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək çoxlu sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Vüsal Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Apa.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə tərkibdə dəyişiklik olduğu üçün istintaqın yeniləndiyi elan olunub. Təqsirləndirilən şəxsin və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib.

Vüsal Bağırov dövlət ittihamçısı Cövdət Mehralıyevə etiraz edib. O, prokurorun daha öncəki iclaslarda onun şikayətlərini nəzərə almadığını söyləyib.

Zərərçəkənlər buna etiraz edib. Dövlət ittihamçısı etiraz yazılı formada olmadığı üçün baxılmamış saxlanılmasını təklif edib.

Məhkəmə qərara alıb ki, etiraz əsassız sayılsın və təmin edilməsin.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Məlum olub ki, zərərçəkənlərə dəymiş ziyanın ümumi məbləği 400 mindən artıqdır.

Vüsal Bağırov özünü elan olunmuş ittihamla bağlı təqsirli bilməyib.

Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, Vüsal Hüseynağa oğlu Bağırov 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsinə yekun ittiham elan olunub. Həmin maddənin sanksiyasında 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət işi üzrə 23 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər