Bu ilin 5 ayında ölkədə kərə yağı istehsalı azalıb.
Dövlət Statistika Komitəsindən Bakuplus.az-a verilən məlumata görə, 10 813,2 ton kərə yağı istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz azdır.
Müqayisə üçün bildirək ki, hesabat dövründə ölkəyə kərə yağı idxalı 17,5 faiz artıb. Dövdət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin ilk 5 ayında xarici ölkələrdən Azərbaycana ümumi dəyəri 80,5 milyon dollar olan 11 458 ton yağ gətirilib. Göründüyü kimi idxal yerli istehsalı üstələyir.
Digər tərəfdən yağın bir kiloqramının idxal gömrük dəyəri 11,94 manat təşkil edib. Bu ötən illə müqayisədə 35% bahadır.