Qaradağ rayonunda oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə Bakuplus.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ rayonu ərazisində bir nəfərə məxsus yardımçı təsərrüfatdan 10800 manat dəyərində naqilin oğurlanması barədə polisə məlumat daxil olub.
Qaradağ RPİ 38-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Ş.Mustafayev və 27 yaşlı B.Həsənov müəyyən olunaraq saxlanılıblar. Həmçinin, rayon ərazisində yerləşən bir evin həyətindən 8500 manat dəyərində xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən 54 yaşlı E.İsmayılov və 42 yaşlı F.Köçəriyev də polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalar aparılır.