top
NİİM nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib
30 iyun 2025, 17:57
- +

NİİM nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib.

Mərkəzdən Bakuplus.az-a verilən məlumata görə, müraciətdə deyilir:"Yay aylarında hava şəraitinin isti keçməsi və vaxtında texniki qulluq olunmaması daha çox nasaz avtomobilin yolda qalmasına səbəb olur. Bir neçə illik təhlillər göstərir ki, hər il iyun, iyul, avqust aylarında digər aylara nisbətən daha çox nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən yollarda qalır. Belə ki, ötən ilin yay aylarında müşahidə kameralarının görünüş sahəsində 649 texniki nasaz avtomobil müxtəlif küçə və prospektlərdə məcburi dayanıb və nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Nəqliyyatın intensiv və sürətli olduğu yolların hərəkət hissəsində qalan belə avtomobillər qəza şəraiti yaratmaqla digər yol hərəkəti iştirakçılarının da təhlükəsizliyini risk altına alır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə istifadələrində olan avtomobillərə mütəmadi texniki qulluq göstərməyi, yola çıxmazdan əvvəl isə, xüsusilə də mühərrik hissəyə diqqət yetirməyi tövsiyə edir.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməli, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər.

Bu qaydalara riayət etməklə yollarda daha təhlükəsiz və maneəsiz hərəkəti təmin etmək mümkündür".

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər