Bloqer Nail Kəmərli çəkiliş üçün narkoman axtarır.
Bakuplus.az xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda vurğulanıb ki, müsahibə üçün qonorar 50 manatdır.
Qeyd edilib ki, çəkilişin məqsədi narkotik asılılığı və onun həyatlara təsiri mövzusunda maarifləndirici video hazırlamaq, bu problemə diqqət çəkmək, gəncləri maarifləndirməkdir.