Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 142A ünvanında yerləşən təkər satışı mağazasında nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilib.
Məsələ ilə bağlı obyekt sahibi ilə profilaktik söhbətlər aparılıb, nöqsanların aradan qaldırılması üçün göstərişlər verilib.