Nərimanov rayonunda yolların təmiri üçün vəsait ayrılıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində avtomobil yollarının təmiri üçün dövlət büdcəsindən 600.000 AZN Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bu haqda Prezident İlham Əliyev Sərəncam imzalayıb.