Bakının Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində aparılan işlərlə bağlı nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub. Bununla bağlı iki avtobus marşrutunun hərəkət istiqamətləri dəyişdirilib. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
2-5 avqust tarixlərində 199 və M8 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Hacıbəyli küçəsi və Vaqif prospekti ilə təşkil ediləcək.