Bakının Nərimanov rayonunda yerləşən 8 saylı Şəhər Poliklinikası bağlanır. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Hidayətzadə küçəsi, 11 ünvanında olan poliklinika təmir işlərinə görə müvəqqəti bağlanır. Həmin vaxt ərzində vətəndaşlar tibbi xidmət almaları üçün digər səhiyyə ocaqlarına yönləndiriləcəklər.
18 yaşdan yuxarı olan şəxslər 4 nömrəli Şəhər Poliklinikasına, 18 yaşa çatmayanlar 6 nömrəli Uşaq Poliklinikasına, eləcə də COVID məntəqəsi və COVID əleyhinə vaksinasiya üçün vətəndaşlar 13 nömrəli Şəhər Poliklinikasına müraciət edə bilərlər.