Bakının Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində piyada səkisində qanunsuz tikili sökülür. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Qanunsuz tikili piyadaların, eləcə də fiziki məhdudiyyətli şəxslərin, uşaq arabalarının hərəkətinə ciddi maneə yaratdığına görə onun söküntüsünə
başlanılıb.
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən verilən məlumata görə, tikili bundan qabaq polis müvəkkilinin məntəqəsi kimi fəaliyyət göstərirdi.
Söküntü işlərindən sonra ərazidə abadlaşdırma işləri aparılacaq.