Bakının Nərimanov rayonunda qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs cərimələnib. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlıdan verilən məlumata görə, N.Muradov Təbriz küçəsində avtobus dayanacağında qanunsuz küçə ticarəti ilə məşğul olub.
Ona protokol tərtib olunub və avtomobilin ərazidən uzaqlaşdırılması təmin edilib.