Nərimanov rayonunun Əhməd bəy Ağaoğlu küçəsində piyada səkisinin parkinqə çevrilməsinin qarşısı alınıb. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Şəhərsalma üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aparılan yoxlamalar zamanı uyğunsuzluqlar aşkarlanıb. Belə ki, bir sıra sənədləşmələr aparılan işlərlə düzgün gəlmir.
Bununla bağlı sözügedən ərazidə işlər dayandırılıb. Araşdırmalar davam edir.