Nərimanov rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Bakı şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə ağacəkmə aksiyası təşkil edilib.
Aksiyada meriyanın rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-nin könüllüləri iştirak ediblər. İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 1000 ədəd ağac əkilib.