Paytaxtın Nərimanov rayonunda Əhmədbəy Ağaoğlu küçəsi təmir olunur. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
Uzunluğu 1510 metr olan yolda asfaltın qaşınması üzrə işlər gedir.
Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunacaq.