Bakıda qadınları qarət edən şəxs saxlanılıb. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nərimanov rayonu ərazisində paytaxt sakini olan iki nəfər qadına məxsus 30 min manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları və mobil telefonun oğurlanması barədə polisə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən Ş.Məmmədov və M.Quluzadə saxlanılıblar.
Faktlarla bağlı Nərimanov RPİ-də araşdırmalar davam etdirilir.