Bakının mərkəzində yerləşən məşhur parkda son tamamlanma işləri gedir. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Nərimanov parkı kimi tanınan istirahət ərazisi açılışa hazırlaşır. Belə ki, hazırda parkda tamet daşları düzülür, yeni oturacaqlar, işıq dirəkləri quraşdırılır. Həmçinin burada yeni çiçək və kollar əkilir.
Sözügedən park metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında yerləşir.
[caption id="attachment_141810" align="alignnone" width="640"] Foto caliber.az[/caption]