Bakının “Nəriman Nərimanov” metro stansiyası yaxınlığında quraşdırılan “Panda Kids” və “McDonalds” obyektləri qarşısında quraşdırılan köşk sakinlərin narazılığına səbəb olub. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az “Bakı Gündəliyi” Facebook səhifəsinə istinadən məlumat verir.
Köşkün yanında soyuducular qoyulduğundan keçid daha da daralıb. Bu köşkün qarşısında da eyni formalı pavilyonun quraşdırıldığı və yaxın vaxtlarda istifadəyə veriləcəyi bildirilir.Analoji problem şəhərin müxtəlif yerlərində müşahidə olunur. İyul ayında Ağ Şəhərdə olan səkidə quraşdırılan köşkün soyuducuları ərazidən götürülüb.