“Zülfiyyə Xanbabayeva, Eyyub Yaqubov, Miri Yusif, Röyaya qulaq asıram”.
Bunu sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev Lent.az-a müsahibəsində deyib.
O bildirib ki, cazla da maraqlanır: “Azərbaycan cazı ilə maraqlanıram - Şahin Növrəslini dinləyirəm. Caz festivallarına gedirəm. Bir neçə gün öncə Fəxrəddin Kərimovun yubileyinə həsr olunmuş konsertə getmişdim. Üstünlük verdiyim musiqi daha çox cazdır”.