Tanınmış aparıcı Nigar Fərhad “Instagram” hekayəsində qəribə tələblərlə dolu assistent vakansiyasını paylaşaraq diqqət çəkib.
Elana görə, yalnız 21-35 yaş arası, subay, övladı və sevgilisi olmayan xanımlar müraciət edə bilər. Əlavə şərtlər arasında “24 saat yanında olmaq”, “mamam qoymur, sevgilim icazə vermir” kimi bəhanələr gətirməmək də var. Qeyd edilib ki, makiyaj, kombin zövqü və sürücülük vəsiqəsi üstünlük sayılır.