top
Məhkəmədə nümayiş olunan videomaterialda Davit İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb
22 may 2025, 15:57
- +

Məhkəmədə nümayiş olunan videomaterialda Davit İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan "Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: “Daşnaksütyun” 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı. “Daşnaksütyun” təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Əsas digər məsələ isə təşkilatçılıq məsələsi idi. “Daşnaksütyun” bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil ki, “Daşnaksütyun” partiyası 1990–1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda və digər sahələrdə öz parlaq fəaliyyətini göstərdi. O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam”.

Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən D.İşxanyan deyib: “Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol – sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm”.

Keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçının suallarına cavab verən D.İşxanyan videomaterialda “Daşnaksütyun”un keçmiş qondarma quruma hərbi dəstək verdiyi barədə söylədiyi fikirləri təkzib edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər