Bakının mərkəzində olan park yenidən istifadəyə verilib. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az xəbər verir.
Babək və Heydər Əliyev prospektlərinin arasında yerləşən “Lalə” parkı yenidən sakinlərin istifadəsinə verilib. Bir neçə ay bağlı qalan parkın ətrafında abadlıq işləri aparılıb, yeni yaşıllıqlar salınıb.
Bildirilir ki, parkın ərazisindən yeni yol çəkmək planlaşdırılırdı, ancaq layihə təxirə salınıb və bu səbəbdən parkın ətarfında qurulmuş hasarlar sökülüb.
[URIS id=127123]