top
“Kiminsə səhvi ucbatından öz evimizə sənəd ala bilmirik” – Məmmədlidən şikayət
11 iyun 2025, 10:18
- +

“Kiminsə səhvi ucbatından öz evimizə sənəd ala bilmirik” – Məmmədlidən şikayət

“İllərdir ki, Məmmədli qəsəbəsində yaşayırıq. Torpağımızın çıxarışı olsa da, evimizə “kupça” ala bilmirik. Səbəb isə odur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PŞH-nin verdiyi çıxarışda yanlışlıqla torpağımızın koordinatları başqa ünvana verilib”.

Bu şikayətlə qafqazinfo.az-a Bakının Abşeron Rayonu, Məmmədli qəsəbəsində yaşayan bir qrup sakin müraciət edib.

Onların iddialarına görə, yanlışlığı edən quruma dəfələrlə müraciət etsələr də, məsələ öz həllini tapmayıb: “Elə sakinlər var ki, bu torpaqlar onların ata-baba yurdudur. Eləsi var ki, 10 ildir burada ev tikib yaşayır. Hamımızda eyni vəziyyətdir, bir qonşunun evinin çıxarışı o birinin həyətinə düşür. Kiminsə səhvi, səhlənkarlığı ucbatından illərdir öz evimizə sənəd alıb qeydiyyata düşə bilmirik. Aidiyyəti quruma ərizə də yazmışıq, cavabda problemi təsdiqlədilər, ancaq həll üçün heç bir yol göstərmirlər. Bizi yola verirlər ki, gəlib nə vaxtsa həmin yalnışlıqları düzəldəcəklər. Amma öyrənirik ki, artıq bu ərazidə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən xəritəçəkmə işləri yekunlaşıb”.

Sakinlər bildirirlər ki, qanunvericiliyə görə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı baş verən hər hansı texniki yanlışlığa görə sözügedən qurum məsuliyyət daşıyır və problemi həll etməyə borcludur.

Vətəndaşların əsas problemlərindən biri bu nöqsana görə illərdir evlərindəki ünvana qeydiyyata düşə bilməməkləridir. Bütün kommunal xidmətlər öz adlarına olsa da, onlar şəxsi mənzillərində qeydiyyatsız yaşamağa məcburdurlar.

Problemlə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, yaranmış problem ilkin alqı-satqı zamanı torpaq sahələrinin yerində düzgün tanıdılmaması və ya ümumiyyətlə yertanıtma olmadan sistemsiz məskunlaşma prosesindən qaynaqlanır: Belə ki, müasir geodeziya avadanlıqları vasitəsilə koordinatların naturaya köçürülmədən torpaq sahələrinin mərzlənməsi və ya hasarlanması nəticəsində bu prosesin miqyası genişlənib və hazırki problemlərə yol açıb.

Qeyd edək ki, vətəndaşın faktiki torpaq sahəsinin üzərində digər vətəndaşın mülkiyyət sənədi qeydiyyata alınıb. Ona görə də vətəndaşın mülkiyyət hüququnun faktiki torpaq sahəsinin üzərində qeydiyyata alınması mümkün deyil. Yaşayış massivi daxilində yerləşən oxşar problemlə üzləşmiş vətəndaşların birgə müraciəti olarsa, məsələ araşdırılaraq dürüstləşmə işləri aparılacaq”.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər