"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib.
Qeyd edək ki, bundan əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri təyin edilib.
Fuad Xəlilov bundan əvvəl mobil cihazların alışı və satışını həyata keçirən "EasyCep Azərbaycan" Şirkətinin İdarə Heyətinin sədri olub.